Codecourse

HTML5

Bildiyimiz kimi mətn redaktorlarının (məsələn, "Microsoft Word") köməyi ilə başlıq, abzas, cədvəl, şəkil, yağlı və maili mətndən istifadə etməklə sənəd yaratmaq mümkündür.

"HTML" təxminən eyni formatlama elementləri təklif edir. Əsas fərq ondadır ki, "Microsoft Word" proqramında mətnin formatlanması vizual şəkildə edilir, amma HTML-kod semantikdir: siz öz mətninizi məna ilə təmin edirsiniz.

Musiqinin yazılışı üçün notlardan istifadə edildiyi kimi veb səhifələrin yazılışı üçün də "HTML" texnologiyasından istifadə olunur.