Codecourse

Başlanğıc

HTML statik dildir

Bildiyimiz kimi, HTML dili veb səhifələrin yaradılmasında istifadə edilir. HTML dinamik yox, statik dildir, yəni bu dilin köməkliyi ilə yaradılmış və istifadəçilərə əks olunan veb səhifədəki informasiyanı dəyişmək mümkün deyil (Statik HTML səhifələrin tərkibi yalnız onları redaktə edib yenidən veb serverə yüklədikdə dəyişir).

Server HTML dili ilə işlədikdə ötürücü mexanizm rolunda çıxış edir. Brauzer istifadəçinin baxmaq istədiyi səhifə üçün sorğu göndərir, server həmin səhifəni tapıb kliyentin brauzerinə geri qaytarır. Saytın köməkliyi ilə istifadəçilərlə qarşılıqlı əlaqə saxlamaq üçün veb server ötürücü mexanizm rolunda deyil, dinamik rolda çıxış etməlidir. PHP proqramlaşdırma dili bu işdə veb serverə kömək edəcək.

Server HTML dili ilə işlədikdə ötürücü mexanizm rolunda çıxış edir

PHP veb səhifələri canlandırır

PHP (PHP: Hypertext Preprocessor) əsasən veb həllərin hazırlanması üçün nəzərdə tutulub və onun kodu bilavasitə HTML kodun tərkibinə daxil edilə bilər. PHP skriptləri serverdə interpretasiya edilir. Server, həmçinin kompüterdir. Kodun server tərəfindən interpretasiyasının nəticəsi faktiki olaraq HTML koddur.

PHP serverdə veb səhifənin tərkibinin dəyişilməsinə imkan verir. Bu, belə baş verir: PHP skriptin interpretasiyası prosesində server HTML kodu dəyişə bilər. Bundan sonra HTML səhifə kliyentin brauzerinə göndərilir.

PHP serverdə veb səhifənin tərkibinin dəyişilməsinə imkan verir.

PHP proqramlaşdırma dilinin imkanları

PHP proqramlaşdırma dilinin əsas tətbiq sahəsi serverdə işləyən skriptlərin yazılmasıdır. PHP, məsələn, formadakı məlumatları emal edə, dinamik səhifələr yarada və ya cookies göndərə və qəbul edə bilər. Lakin PHP-nin imkanları bununla bitmir.

Sözügedən dilin 3 əsas tətbiq sahəsi mövcuddur:

PHP əməliyyat sistemlərinin əksəriyyətində (“Linux”, “Unix”in bir sıra modifikasiyalarında, “Microsoft Windows”, “Mac OS X”, “RISC OS” və sairə) işləyir.

PHP skriptləri serverdə yerləşdirilməlidir

PHP proqramlaşdırma dilidir və bu dilin köməkliyi ilə yazılmış skriptlərin interpretasiyası üçün mühit lazımdır. Belə mühit PHP modulu quraşdırılmış veb serverdir. Biz lokal kompüterdə də belə veb serveri qura bilərik. Bir çox həllər var, biz Open Server distrübitivindən istifadə edəcəyik. Openserver kompüterdə serverin emulyasiyasını yaradır.

Qeyd

Emulyasiya - funksional imkanlar itirilmədən və ya alınmış nəticələr təhrif olunmadan digər sistem vasitələri ilə bir sistemin və ya onun hissəsinin işləməsini imitasiya edən üsul və proses deməkdir.

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: