Codecourse
HTML dilinin sintaksisi
HTML – "HyperText Markup Language" (Hipermətn nişan qoyma dili) kimi açıqlanır:
Hər bir dildə olduğu kimi HTML dilinin də öz qaydaları var. Bu qaydalar bir o qədər mürəkkəb deyil.
Aşağıda HTML dilində yazılmış abzas nümunəsi göstərilib:
Mən sayt yaratmağın əsaslarını öyrənmək istəyirəm.
Bucaq mötərizələr (<…>) daxilində yerləşənlər HTML teqləri adlanır.
Hər bir teq müəyyən məna daşıyır. Məsələn,
teqi mətndə abzas olduğunu bildirir. Cüt teqdir:
Açılan və bağlanan teq arasında yeganə fərq bağlanan teqin adının qarşısında sləş simvolunun olmasıdır.
Açılan, bağlanan teqlər və onların daxilində yazılanlar birləşdirildikdə HTML elementi yaranır, yəni
və
teqləri daxilində yazılmış sətir HTML elementidir.
Bu nümunəyə brauzerdə baxdığımız halda HTML teqlərinin brauzerdə görünmədiyinə əmin olacağıq. Bu teqlər yalnız brauzer üçün lazımdır ki, yazılmış kontentin tipini müəyyənləşdirsin.
HTML kodunu hara yazaq
Siz, ehtimal ki, .txt fayl genişlənməsinə malik sadə mətn faylları ilə işləmisiniz. Belə mətn faylını HTML sənədə çevirmək üçün .html genişlənməsindən istifadə etmək lazımdır.
Mətn redaktorunu açın, aşağıdakı kodu köçürüb ora əlavə edin:
Bu mənim ilk səhifəmdir.
Bu faylı my-first-webpage.html kimi yadda saxlayın, sonra onu brauzerdə açın və aşağıdakı nəticəni görəcəksiniz:
Bu mənim ilk səhifəmdir.
Yadda saxlayın:
Atributlar
HTML elementinə bağlı olan atributlar əlavə informasiya rolunda çıxış edir və HTML teq daxilində yazılır. Atributlar, həmçinin brauzerdə görsənmir.
Məsələn, href atributu bağlantının təyinatını müəyyənləşdirmək üçün istifadə edilir:
Firefox brauzerini yükləyin
İstənilən HTML elementində istifadəsi mümkün olan 16 HTML atributu mövcuddur.
Siz əsasən class (CSS üçün istifadə olunur) və title (kursoru obyektə yaxınlaşdırdıqda yardımçı işarə yaranır) atributlarını tətbiq edəcəksiniz.
Bəzi HTML elementləri məcburi atributlara malikdir. Məsələn, veb səhifəyə qrafik təsvir yerləşdirdikdə siz src atributunun köməyi ilə şəklin yerini göstərməlisiniz:
Şərhlər
HTML kodunda yazılmış şərhlər brauzerdə görsənmir. Şərh sırf informasiya xarakteri daşıyır və aşağıdakı məqsədlə istifadə edilir:
Salam, dünya
Növbəti dərsi seçib keçid düyməsinə sıxın: