Codecourse

if şərt operatoru

Bəzən şərtdən asılı olaraq müxtəlif əməliyyatlar yerinə yetirmək lazım gəlir. IF şərt operatoru bunun üçün istifadə olunur. Yazılış forması aşağıdakı kimidir:

<?php
if (ifadə)
  instruksiya_1
else
  instruksiya_2
?>

Dairəvi mötərizə cütlüyü daxilində yazılmış ifadənin nəticəsi TRUE olduğu halda instruksiya_1, FALSE olduqda isə instruksiya_2 yerinə yetirilir. Else bloku buraxıla bilər, bu halda ifadənin nəticəsi FALSE olduqda heç bir əməliyyat icra edilməyəcək.

1-dən çox instruksiya icra etmək lazım gəldikdə fiqurlu mötərizədən istifadə etmək lazımdır:

<?php
$number = 5;
   
if($number == 5) {
  echo $number."<br>";
  echo gettype($number);
} else {
   echo '$number'." dəyişəninin qiyməti  5-ə bərabər deyil";
}
?>

Yuxarıdakı kodun nəticəsi:

   5
   integer

Yuxarıdakı nümunədə göstərilən kod aşağıdakı kimi emal edilir:

Qeyd

Bir instruksiya olduqda belə həmişə fiqurlu mötərizədən istifadə etmək tövsiyə olunur.

if(....) operatoru dairəvi mötərizə cütlüyü daxilində yazılmış ifadəni məntiqi tipə çevirir. Məntiqi tipə konvertasiya edildikdə aşağıdakı qiymətlər FALSE sayılır:

Məsələn, aşağıdakı şərt FALSE sayılır və if-dən sonra gələn fiqurlu mötərizə daxilində yazılmış kod icra edilməyəcək:

<?php
if (0) {
  ...
}

?>

Bəzən bir neçə şərt yoxlamaq lazım gəlir. Bunun üçün elseif blokundan istifadə edilir. Məsələn:

<?php

$hour = date("H");

if($hour < "11") {
  echo "Sabahın xeyir";
} elseif($hour < "18") {
  echo "Hər vaxtın xeyir";
} else {
  echo "Axşamın xeyir";
}
?>

Yuxarıdakı nümunədə ilk öncə birinci şərt yoxlanılacaq və onun nəticəsi FALSE olduğu halda digər şərt(lər) yoxlanılır. Heç bir şərtin nəticəsi TRUE olmadığı halda, else blokundan sonra gələn fiqurlu mötərizə daxilində yazılmış kod icra olunur. Qeyd edim ki, date() funksiyası vasitəsilə $hour dəyişəninə vaxt mənimsədilir.

Ternar operatoru

Aşağıdakı kod nümunəsinə baxaq:

<?php

$age = 30;
   
if($age > 25) {
  $result = "True";
} else {
  $result = "False";
}
echo $result;
?>

Ternar operatorundan istifadə etməklə yuxarıdakı kodu daha qısa yazmaq olar. Ternar operatoru 3 hissədən ibarətdir:

<?php
şərt ? ifadə_1 : ifadə_2
?>

Şərt yoxlanılır və nəticəsi TRUE olduqda ifadə_1, FALSE olduqda isə ifadə_2 geri qayıdır.

<?php
$age = 30;
$result = ($age > 25) ? "True" : "False";
echo $result;
?>

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: