Codecourse

switch operatoru

Switch operatoru elseif bloku daxil olmaqla çoxlu sayda if operatorundan istifadə etməmək üçün əla üsuldur.

Sintaksisi aşağıdakı kimidir:


switch(ifadə) {

   case qiymət1: kod; [break;]
   case qiymət2: kod; [break;]
   .....
   case qiymətN: kod; [break;]
   [default: kod; [break]]

}

Bu operatordan istifadə zamanı aşağıdakıları bilmək lazımdır:

<?php
$variable = 2;

switch($variable) {

  case 1: echo "One"; break;
  case 2: echo "Two"; break; // Uyğunluq
  case 3: echo "Three"; break;
  case 4: echo "Four"; break;
  case 5: echo "Five"; break;

}
?>

Yuxarıdakı nümunədə switch operatoru $variable dəyişəninin qiymətini ardıcıllıqla hər bir case operatorunun qiyməti ilə müqayisə edir.

$variable dəyişəninin qiyməti əvvəlcə 1 ilə müqayisə edilir və uyğunluq olmadığından sonrakı case operatorunun qiyməti 2 ilə müqayisə edilir. Uyğunluq var, ona görə də iki nöqtədən (:) sonra gələn kod icra olunacaq: ekrana ‘Two’ sözü çıxarılacaq. Növbəti case operatoruna qədər break rast gəlinən yerdə switch operatoru öz işini dayandırır.

Break operatoru istifadə edilmədikdə PHP sonrakı case operatorunun kodunu icra edəcək:

<?php
$variable = 2;
   
switch($variable) {
  
  case 1: echo "One"; break;
  case 2: echo "Two";
  case 3: echo "Three"; break;
  case 4: echo "Four"; break;
  case 5: echo "Five"; break;

}
?>

Yuxarıdakı nümunəni işə saldıqda ekrana ‘TwoThree’ sözü çıxarılacaq.

Default seçimindən istifadə etmək vacib deyil. Switch operatoru uyğunluq tapmadıqda bu variant icra edilir:

<?php
$variable = 10;
   
switch($variable) {

  case 1: echo "One"; break;
  case 2: echo "Two"; break;
  case 3: echo "Three"; break;
  case 4: echo "Four"; break;
  case 5: echo "Five"; break;
  default: echo “Big number”;
}
?>

Yuxarıdakı nümunəni işə saldıqda ekrana ‘Big number’ sözü çıxarılacaq.

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: