Codecourse

Stil xassələrinin qiyməti

Ədədlər

Tam ədəd və onluq kəsr stil xassələrinin qiyməti kimi verilə bilər.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <title>Rəqəmlər</title>
  <meta charset="utf-8">
  <style>
  p {
    font-weight: 600; /* Qalın şrift */
    line-height: 1.2; /* Sətirlərarası məsafə */
  }
  </style>
 </head>
 <body>
   <p>Nümunə</p>
 </body>
</html>

Onluq kəsrdə tam hissə sıfra bərabər olduğu halda onu yazmamaq da olar, yəni .70.7 eynidir.

Faiz

Faiz qiyməti adətən qiyməti üst elementə nisbətən dəyişmək və ya ölçülər kənar şərtlərdən asılı olduqda tətbiq edilir. Məsələn, cədvəlin eninin 100% göstərilməsi o deməkdir ki, o, brauzer pəncərəsinin ölçülərinə uyğun olacaq və pəncərənin eni ilə birgə cədvəlin ölçüləri də dəyişiləcək.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <title>Faiz qiyməti</title>
  <meta charset="utf-8">
  <style>
  TABLE {
    width: 100%; /* Cədvəlin eni faiz qiyməti ilə */
    background: #f0f0f0; /* Arxa fonun rəngi */
  }
  </style>
  </head>
  <body>
    <table>
      <tr><td>Hər hansı mətn</td></tr>
    </table>
  </body>
</html>

Faiz qiyməti yalnız tam ədəd deyil, həmçinin onluq kəsr (məsələn, 56.8%) ola bilər.

Ölçülər

CSS-də müxtəlif elementlərin ölçülərinin müəyyənləşdirilməsi üçün mütləq və nisbi ölçü vahidlərindən istifadə olunur. Mütləq ölçü vahidləri çıxış qurğusundan asılı deyillər, nisbi ölçü vahidləri isə elementin ölçüsünü başqa ölçünün qiymətinə nisbətən müəyyənləşdirir.

Nisbi ölçü vahidləri

Adətən mətnlə işlədikdə yaxud elementlər arasında faiz nisbətini hesablamaq lazım gəldikdə nisbi ölçü vahidlərindən istifadə olunur.

Nisbi ölçü vahidləri
Ölçü vahidi İzahı
em Cari elementin şriftinin ölçüsü
ex x simvolunun hündürlüyü
px Piksel
% Faiz

Em ölçü vahidi cari elementin şriftinin ölçüsündən (ölçü font-size stil xassəsi vasitəsilə təyin edilir) asılı olan dəyişən qiymətdir. Hər bir brauzerdə saxlanılan ehtiyat mətn ölçüsü bu ölçü müəyyən edilmədikdə tətbiq edilir. Bu səbəbdən öncədən 1em brauzerdə başlanğıc hal kimi müəyyənləşdirilən şriftin ölçüsünə və ya üst elementin şriftinin ölçüsünə bərabərdir. Faiz qiyməti em ilə eynidir, yəni ki 1em və 100% qiymətləri bərabərdir.

Ex ölçü vahidi aşağı registrdə "x" simvolunun hündürlüyü kimi müəyyən edilir. Em ölçü vahidinə aid edilən qaydalar ex ölçü vahidinə də aiddir.

Piksel – monitor və başqa oxşar qurğu, məsələn, smartfon tərəfindən əks olunan elementar nöqtədir. Pikselin ölçüsü qurğunun təsvir ölşüsü və texniki xüsusiyyətlərindən asılıdır.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <title>Nisbi ölçü vahidləri</title>
  <meta charset="utf-8">
  <style>
    H1 { font-size: 30px;}
    P { font-size: 1.5em;}
  </style>
  </head>
  <body>
    <h1>Başlığın ölçüsü 30 piksel təyin edilib.</h1>
    <p>Mətnin ölçüsü 1.5 em-dir.</p>
  </body>
</html>

nisbi ölçü vahidindən istifadə

Mütləq ölçü vahidləri

Mütləq ölçü vahidləri nisbi ölçü vahidlərinə nisbətən daha az və adətən mətnlə işlədikdə istifadə olunur.

Mütləq ölçü vahidləri
Ölçü vahidi İzahı
in Düym (1 düym 2.54 sm-dir)
cm Santimetr
mm Millimetr
pt Punkt (1 punkt 1/72 düymdür)
pc Pika (1 pika 12 punktdur)
<!DOCTYPE HTML>
<html>
 <head>
  <title>Mütləq ölçü vahidləri</title>
  <meta charset="utf-8">
  <style>
    H1 { font-size: 24pt;}
    P { margin-left: 30mm;}
  </style>
  </head>
  <body>
    <h1>Başlığın ölçüsü 24 punkt təyin edilib.</h1>
    <p>Mətnin 30 millimetr ölçüsündə sağ tərəfə çəkilməsi</p>
  </body>
</html>

mütləq ölçü vahidindən istifadə

Ölçülərin müəyyənləşdirilməsi zamanı ölçü vahidlərini mütləq göstərin, məsələn width: 30px. Əks halda brauzer istədiyiniz nəticəni verməyəcək. Qiymət sıfır olduqda ölçü vahidləri əlavə edilmir (margin: 0).

Rəng

Stillərdə rəng 3 üsulla müəyyənləşdirilə bilər: 16-lıq say sistemi üzrə, rəngin adına görə və RGB formatında.

16-lıq say sistemi üzrə

Rənglərin müəyyənləşdirilməsi üçün 16-lıq say sistemindən istifadə olunur. 10-luq say sistemindən fərqli olaraq 16-lıq say sistemi adından göründüyü kimi 16 ədədinə əsaslanır. Ədədlər aşağıdakılardır: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F. 10-dan 15-dək ədədlər latın hərfləri ilə əvəz olunub. 16-lıq say sistemində 15-dən böyük ədəd iki ədədin birləşməsi nəticəsində yaranır. Məsələn, 10-luq say sistemində olan 255 ədədi 16-lıq say sistemində FF kimi göstərilir. Say sistemlərinin müəyyənləşdirilməsində qarışıqlıq yaranmaması üçün 16-lıq say sisteminin əvvəlində # işarəsi qoyulur, məsələn #666999.

Adına görə

Brauzerlər bəzi rəngləri onların adına görə dəstəkləyir.

Rənglərin adı
Ad Rəng Kod Təsviri
white #ffffff və ya #fff
silver #c0c0c0 Boz
gray #808080 Tünd boz
black #000000 və ya #000 Qara
maroon #800000 Tünd qırmızı
red #ff0000 və ya #f00 Qırmızı
orange #ffa500 Narıncı
yellow #ffff00 və ya #ff0 Sarı
olive #808000 Zeytun
lime #00ff00 və ya #0f0 Açıq yaşıl
green #008000 Yaşıl
aqua #00ffff və ya #0ff Mavi
blue #0000ff və ya #00f Göy
navy #000080 Tünd göy
teal #000080 Göy yaşıl
fuchsia #ff00ff və ya #f0f Çəhrayı
purple #800080 Bənövşəyi

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: