Codecourse

Kompüterdə lokal serverin quraşdırılması

Denver lokal serverini kompüterə quraşdırmaq üçün ilk növbədə proyektin saytına – http://denwer.ru daxil olub distribütivi yükləmək lazımdır.

Denverin quraşdırıcı faylını icra edirik. Aşağıdakı pəncərə açılır:

Enter düyməsinə sıxdıqdan sonra Denverin əsas paketini hansı qovluğa yükləmək (başlanğıc ayar kimi C:Webservers qovluğu istifadə edilir) soruşulur. Distribütivi birinci səviyyəli qovluğa (məsələn, C:MyWebservers deyil, məhz C:Webservers qovluğuna) quraşdırmaq tövsiyə edilir, çünki genişlənmələr paketinin instalyatorları əsas paketi diskdə məhz birinci səviyyədə axtarır və tapmadıqda qovluğun adını əllə daxil etmək lazım gəlir.

Bundan sonra virtual disk adı seçmək təklif edilir. Əvvəlki addımda seçilmiş qovluq bu diskdə yerləşəcək. Nəzərə alın ki, sistemdə eyni adda disk adı ola bilməz.

Daha sonra distribütivin faylları köçürülür və sonda Denverin işə salınması üçün iki variant təklif edilir:

Denverin işə salınması

Quraşdırılma bitdikdən sonra işçi masada yaradılmış Start Denwer yarlığına klik edirik, bütün konsol pəncərələr bağlandıqdan sonra brauzeri açaraq ünvan sətrində http://localhost/denwer/ yığıb Enter düyməsinə sıxırıq:

Əgər brauzerdə yuxarıdakı səhifə açılmadısa, 99 faiz halda brauzer və ya şəbəkəarası ekran buna imkan vermir. Bəzən onlar "Windows" sistemində hosts faylına dəyişiklikləri bloklayır, ona görə antivirusun sazlamasında bu fayla nəzarəti deaktiv edin.

Hər şey qaydasındadırsa, işçi masadakı Start Denwer yarlığına sıxmaqla lokal serveri işə salırıq.

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: