Codecourse

Teq selektoru

Stilini (rəng, fon, şrift və sairə) dəyişmək istədiyimiz istənilən HTML teqi selektor ola bilər.

  Teq { xassə1: qiymət; xassə2: qiymət; .... }

Öncə stilini dəyişmək istədiyimiz teqin adı (böyük və ya kiçik hərflə olmasının fərqi yoxdur), fiqurlu mötərizə daxilində stil xassəsi, bundan sonra iki nöqtə və onun qiyməti yazılır. Xassələr bir-birindən nöqtəli vergüllə ayrılır və həm bir sətirdə, həm də bir neçə sətirdə yazmaq mümkündür.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <title>Teq selektoru</title>
  <meta charset="utf-8">
  <style>
    P { 
     text-align: justify; /* Hər iki tərəfdən bərabər düzləndirmə */
     color: green; /* Mətnin rəngi yaşıl müəyyənləşdirilir
    }
  </style>
  </head>
  <body>
    <p>Müasir velosipedin ilk sələfi 1790-cı ildə yaranıb. Qraf de Sivrak
    tərəfindən hazırlanmış bu velosiped 2 təkərdən ibarət taxta
    ramadan ibarət olub və "celerifere" (samokat) adlandırılıb.</p>
  </body>
</html>

Yuxarıdakı nümunədə stil vasitəsilə mətnin rəngi və paraqraf mətninin düzləndirilməsi dəyişdirilir. Stil yalnız <p> konteyner teqi daxilində yerləşən mətnə tətbiq ediləcək

teq selektoru

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: