Codecourse

HTML-də iyerarxiya

HTML sənədi valideyn, qardaş, uşaq, əcdad və nəsilləri olan böyük "ailə ağacını" xatırladır.

Bu, HTML elementlərini bir-birinin içərisində yerləşdirmək imkanından irəli gəlir.

İç-içə yerləşdirmə

Gəlin sadə abzas yazaq və iki sətir elementi əlavə etməklə mətnin hissələrini bir-birindən fərqli edək.

Tim Berners Li deyib:
Biz şəbəkə bitərəfliyi uğrunda mübarizə aparmalıyıq.

Tim Berners Li deyib: "Biz şəbəkə bitərəfliyi uğrunda mübarizə aparmalıyıq".

Yuxarıdakı nümunədə:

elementinin qalın şriftlə göstərilməsi brauzerin başlanğıc ayar kimi davranışı ilə bağlıdır. Unutmayın ki, HTML elementləri görünüşə görə deyil, mənasına görə seçilməlidir.

Baxdığımız halda:

Qayda

İç-içə yerləşdirmə açılan və bağlanan teqlərin yerləşməsindən asılıdır.

HTML elementi açılan teq, bağlanan teq və onlar arasında olanlardan ibarət olduğuna görə, törəmə elementi baş elementdən əvvəl bağlanmalıdır.

Bu HTML kodu düzgün deyil, çünki mən "strong" teqini burda açdım,
amma onu abzas teqindən sonra bağladım.

elementi
abzas teqindən sonra açıldığına görə
baş elementindən əvvəl bağlanmalıdır.

Bu, düzgün HTML koddur, çünki mən "strong" teqini açdım və düzgün
bağladım.

Mürəkkəblik

Alt elementlər, həmçinin digər alt elementlərdən ibarət ola bilər və buna görə HTML sənədi daxilində daha mürəkkəb iyearxiya yazmaq olar:

Məşhur sitatlar

Tim Berners Li deyib:
Biz şəbəkə bitərəfliyi uğrunda mübarizə aparmalıyıq.

Bill Qeyts:
Bugünkü informasiya cəmiyyətində əsas təbii sərvətlər ağıl, təcrübə və liderlikdir..

Məşhur sitatlar

Tim Berners Li deyib: "Biz şəbəkə bitərəfliyi uğrunda mübarizə aparmalıyıq."

Bill Qeyts: "Bugünkü informasiya cəmiyyətində əsas təbii sərvətlər ağıl, təcrübə və liderlikdir."

Yuxarıdakı nümunədə:

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: