Codecourse

İnternet

Dünyadakı bütün avtomobil yollarının bir-biri ilə birləşməsini təsəvvür edin: kiçik küçələr şəhər dalanları ilə birləşərək regional avtomobil magistralları yaradır, sonuncu isə öz növbəsində milli və beynəlxalq avtomobil yolları ilə birləşir. Siz nəqliyyat vasitəsilə öz evinizdən digər istənilən evə gedə bilərsiniz.

İnternetin işləmə prinsipi ilə yollar arasında oxşarlıq mövcuddur, amma burada yolların əvəzinə kabellər, evlərin əvəzinə kompüterlər və bu şəbəkədə səyahət edən avtomobillərin əvəzinə informasiyadır.

İnternet 1969-cu ildə ABŞ ərazisindəki kompüterlərin bir-birinə qoşulması məqsədilə ixtira edilib. Hazırda dünyada milyardlarla qurğu (fərdi kompüterlər, noutbuklar, mobil telefonlar, televizorlar, soyuducular və sairə) bir-birinə qoşulub.

Kliyent və server

Adətən internetdə qoşulma yalnız iki kompüter arasında baş verir:

kliyent server arxitekturası

Kliyent – proqramdır:

Yuxarıda göstərilmiş proqramların hər biri məlumatların (veb sayt, elektron məktublar, mesajlar, filmlər) saxlanıldığı serverdən informasiya əldə edəcək.

Server həmişə internetə qoşulmuş ayrılmış kompüter anlamında başa düşülə bilər, yeganə hədəfi sorğulanan məzmunu göndərməkdir.

Qeyd

Hərçənd internetə qoşulmuş hər bir qurğu eyni anda həm kliyent, həm də server ola bilər, istifadə etdiyimiz qurğuların əksəriyyəti kliyent sayılır, çünki biz yalnız məlumat əldə edirik.

IP-ünvan

Hər bir ev konkret və unikal poçt ünvanına malik olduğu kimi internetə qoşulmuş hər bir kompüteri şəbəkədə eyniləşdirmək üçün ona IP-ünvan təyin edilir.

IP-ünvan, bir qayda olaraq, nöqtələrlə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir: 91.198.174.192.

Domenlər

IP-ünvanların unikallığının kompüterlər üçün əlverişli olmasına baxmayaraq, onları yadda saxlamaq insanlar üçün çətindir.

Bu səbəbdən 1985-ci ildə domen adı yaradılıb. Domen adı 91.198.174.192 IP-ünvanını wikipedia.org resursu ilə əlaqələndirir.

Domen adı üç hissədən ibarətdir və bu ad sağdan sola oxunur:

Protokol

Kompüterlər internetdə protokolların köməyi ilə "danışırlar".

Protokol Təyinatı Yaradılıb
FTP Faylların ötürülməsi 1971
SMTP e-poçtun göndərilməsi 1971
IMAP e-poçtun qəbulu 1986
IRC çat 1988
HTTP HTML sənədlərə baxış 1989

URL

Domen və protokollarla tanış olduqdan sonra artıq URL (Uniform Resource Locator, universal ünvan göstəricisi) yarada bilərik.

Məsələn, cari səhifənin URL-si http://codecourse.info/post.php?id=22 kimidir və aşağıdakı hissələrdən ibarətdir:

Növbəti dərsi seçib ona keçid edin: