Codecourse

Ümumdünya Hörümçək Toru

İnternetə qoşulmuş kompüterlər elektron poçt, fayllar, mesajların mübadiləsi üçün protokollar vasitəsilə bir-biri ilə "danışır".

Belə protokollardan biri HTTP adlanır. Bu protokol vasitəsilə kompüterlər bir-biri ilə veb səhifələri paylaşırlar.

Ümumdünya hörümçək toru və ya veb (web – ingilis dilindən tərcümədə tor deməkdir) internetin bir hissəsidir.

Veb səhifə

HTML hipermətn nişanlama dilində yazılmış sənəd veb səhifə adlanır. Brauzerin köməyi ilə bu sənədə baxa bilərsiniz.

Veb səhifəyə giriş üçün:

URL ünvanları yadda saxlamaq çətin olduğundan qlobal şəbəkə bir-biri ilə əlaqəli sənədlərə əsaslanır ki, bu da istifadəçilərin veb səhifələrə baxışını asanlaşdırır.

Veb sayt

Sayt bir domendə yerləşən veb səhifələr yığınıdır.

Veb səhifənin brauzerdə açılması

http://codecourse.info/coding/html/paragraph.html ünvanına daxil olduqda server paragraph.html sənədini kliyentə geri qaytarır.

Bu halda sizin kompüter kliyent kimi çıxış edir. Kliyentlə saytın yerləşdiyi serverin dialoqunu aşağıdakı kimi təsvir etmək olar:

Kliyent
Sizin kompüter
Salam, server! Mən paragraph.html faylını istəyirəm.
Server Bir dəqiqə...Belə faylın mövcudluğunu yoxlayım.
Kliyent
Sizin kompüter
Yaxşı. Gözləyirəm.
Server Tapdım. İndi sizə göndərirəm.
Kliyent
Sizin kompüter
Alındı. Sağ ol!

Bundan sonra brauzeriniz paragraph.html səhifəsini göstərə bilər.

Ümumdünya Hörümçək Toru və ya Veb

İnternetin bir hissəsidir, HTTP protokolundan istifadə edir.

Veb səhifə

HTML hipermətn nişanlama dilində yazılmış sənəddir.

Veb sayt

Bir domendə yerləşən səhifələr yığınıdır.

Brauzer

Veb səhifələrə baxmaq üçün proqramdır.

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: