Codecourse

Brauzer

Siz indi brauzerin köməyi ilə HTML hipermətn nişanlama dilində yazılmış bu səhifəni oxuyursunuz.

HTML sənədlər

Veb səhifələr – bu, HTML sənədlər, yaxud sadəcə .html genişlənməsinə malik mətn fayllarıdır.

Əlbəttə ki kompüterinizdə müxtəlif fayl tipləri mövcuddur:

Bu fayl tiplərinin hər biri xüsusi proqram təminatının köməyi ilə açıla bilər. Bu proqramlardan bəziləri bu faylları yalnız aça, bəziləri isə faylları həm aça, həm də yarada bilərlər.

Məsələn:

Proqram Tip Bu faylları aça bilər Bəs bu faylları yarada bilər?
Microsoft Word Mətn prosessoru

.doc .docx

Bəli
Paint Qrafika

.jpg .gif .bmp

Bəli
VLC Videopleyer

.avi .mpg

Xeyr
iTunes Musiqi pleyeri

.mp3 .wav .aiff

Xeyr
Firefox Brauzer

.html

Xeyr
Notepad++ Mətn redaktoru

.txt .html

Bəli

HTML sənədləri açmaq üçün istifadə olunan proqram brauzerdir (məsələn, Firefox və ya "Google Chrome"). HTML sənədləri yaratmaq üçün istifadə olunan proqram mətn redaktorudur (məsələn, Notepad++ və ya Sublime Text).

HTML-in mənbə kodu

HTML kodu aşağıdakı kimi görsənir:


<p>Salam, dünya!</p>

Bu kod mətn redaktorunun köməyi ilə yazılır. Siz paraqraf formalaşdıran <p>...</p> teqlərini görürsünüz.

HTML sənədini brauzerdə açdıqda bu teqlər görsənmir, brauzer tərəfindən interpretasiya edilir:

Salam, dünya!

<p>...</p> teqlərini görən brauzer başa düşür ki, "Salam, dünya!" ifadəsi paraqrafdır.

Unutmayın ki, HTML sənəd iki üsulla açıla bilər:

Brauzerlərin siyahısı

Ən populyar brauzerlər aşağıdakılardır:

chrome
Chrome
firefox
Firefox
internet_explorer
Internet Explorer
opera
Opera
safari
Safari

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: