Codecourse

İdentifikatorlar

İdentifikatorun sintaksisi aşağıdakı kimidir:

#İdentifikatorun adı { xassə1 : qiymət; xassə2 : qiymət; ... }

İdentifikatorun yazılışı zamanı öncə diyez («#») simvolu, sonra identifikatorun adı yazılır. İdentifikatorun adı latın simvolu ilə başlamalı, defis (-) və altdan xətt (_) simvollarından ibarət ola bilər. Klasslardan fərqli olaraq, identifikatorların adı unikal olmalıdır, başqa sözlə, HTML sənəddə yalnız bir dəfə istifadə edilə bilər.

HTML sənəddə identifikatora müraciət klasslarda olduğu kimidir, lakin teqdə açar söz qismində id parametrindən istifadə olunur və parametrin qiyməti kimi identifikatorun adı yazılır. Bu halda isə diyez simvolu yazılmır.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <meta charset="utf-8">
  <title>İdentifikatorlar</title>
  <style>
   #help {
    position: absolute; /* Mütləq mövqe */
    left: 160px; /* Sol tərəfdən elementə qədər olan məsafənin təyin edilməsi */
    top: 50px; /* Yuxarı tərəfdən elementə qədər olan məsafənin təyin edilməsi */
    width: 225px; /* Blokun eni */
    padding: 5px; /* Mətnin ətrafında boşluq */
    background: #B2CECE; /* Arxa fon rəngi */
   }
  </style>
 </head>
 <body>
  <div id="help">1981-ci il avqustun 12-də ABŞ-ın "International Business
  Machines" (IBM) şirkəti "IBM PC 5150" fərdi kompüterini təqdim edib.</div>
 </body>
</html>

Bu nümunədə help adlı identifikator vasitəsilə div teqi üçün stil yaradılır.

identifiers

Klasslarda olduğu kimi identifikatoru konkret teqə tətbiq etmək olar. Bu halda sintaksis aşağıdakı kimi olacaq:

Teq#İdentifikatorun adı { xassə1 : qiymət; xassə2 : qiymət; ... }

Öncə teqin adı, sonra boşluq qoyulmadan diyez simvolu və identifikatorun adı yazılır.

<!DOCTYPE HTML>
<html>
 <head>
  <meta charset="utf-8">
  <title>İdentifikatorlar</title>
  <style>
   P {
    color: green; /* Mətnin rəngi */
    font-style: italic; /* Maili mətn */
   }
   P#opa {
    color: red; /* Mətnin rəngi */
    border: 1px solid #666; /* Çərçivənin parametrləri */
    background: #eee; /* Arxa fon rəngi */
    padding: 5px; /* Mətnin ətrafında boşluq */
   }
  </style>
 </head>
 <body>
  <p>Adi paraqraf</p>
  <p id="opa">Fərqli paraqraf</p>
 </body>
</html>

identifiers

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: