Codecourse

PHP proqramlaşdırma dilinin sintaksisi

PHP teqleri

PHP kod <?php … ?> teqləri arasında yazılmalıdır. Beləliklə, yalnız <?php … ?> teqləri arasında yazılmış kod PHP kod kimi interpretasiya olunur.

Bundan başqa, qısa yazılış forması (short open tags) mövcuddur:

<? ..?>

Əgər php.ini konfiqurasiya faylında short_open_tag direktivi aktiv edilibsə (short_open_tag=On), o zaman qısa yazılış formasından istifadə mümkündür. Qısa yazılış formasından istifadə məsləhət görülmür.

Qeyd

php.ini faylı – bu, PHP-nin əsas sazlamalarını özündə saxlayan mətn faylıdır.

İnstruksiyaların bir-birindən ayrılması

PHP proqramlaşdırma dilində bütün sadə operatorların sonunda nöqtəli vergül (;) qoyulmalıdır.

<?php
echo "Birinci sətir";
echo "İkinci sətir";
?>

Qeyd

PHP ifadələrin sonunda nöqtəli vergülün qoyulmaması geniş yayılmış səhvlərdən biridir, hətta təcrübəli proqramçılar bundan əziyyət çəkir. Belə səhv Parse error tipli səhvdir.

Şərhlər

Şərh – kodun interpretator tərəfindən oxunmayan hissəsidir və sırf informasiya xarakteri daşıyır və aşağıdakı məqsədlə istifadə edilir:

PHP proqramlaşdırma dili "C", "C++" və "Unix" (Perl stili) stilində şərhləri dəstəkləyir.


<?php
echo "First comment"; // c++ dilində birsətirli şərh

/* Çoxsətirli şərh
   daha bir şərh sətri */
echo "Comment";

echo "Last comment"; # Unix stilində şərh
?>

Məlumatların ekrana çıxarılması

PHP-nin köməyi ilə yaradılmış məlumatların ekrana çıxarılması üçün adətən echo dil konstruksiyasından istifadə olunur.


<?php
echo "Salam, dünya!";
?>

PHP teqləri arasında yazılmış echo operatoru cüt dırnaq arasına alınmış sətri ekrana çıxarır:

PHP-nin köməyi ilə yaradılmış məlumatların ekrana çıxarılması üçün adətən echo dil konstruksiyasından istifadə olunur

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: