Codecourse

Dəyişənlər

PHP skripti yaradarkən informasiya ilə işləyirik və bu informasiyanı yaddaşda saxlamaq üçün dəyişənlərdən istifadə olunur. Dəyişən – informasiyanı əlavə edə biləcəyimiz konteynerdir və hər bir dəyişən unikal ada malik olmalıdır.

Dəyişənlərin adı ilə bağlı qaydalar

Bundan başqa, tövsiyə xarakterli qaydalar mövcuddur:

Düzgün dəyişən adları:

$name, $first_name, $name3

Yanlış dəyişən adları:

$3name, $name?, $first-name

Dəyişənlər üzərində həyata keçirilən əməliyyatlar

Mənimsətmə operatoru

Dəyişənə qiymət vermək üçün mənimsətmə operatorundan istifadə edilir. Mənimsətmə operatoru "=" işarəsi kimi göstərilir. İlk baxışdan elə təsəvvür yarana bilər ki, bu, bərabərlik simvoludur, qətiyyən belə deyil. Sözügedən operator onu bildirir ki, soldakı operand sağdakı ifadənin qiymətini alır.

<?php
$number = 5;
?>

Yuxarıdakı kod onu bildirir ki, soldakı operand - $number dəyişəninə 5 qiyməti mənimsədilir. İndi isə $number dəyişəninin qiymətini ekrana çıxardaq. Bunun üçün artıq ötən dərsdən öyrəndiyimiz echo dil konstruksiyasından istifadə edəcəyik.

<?php
$number = 5;
echo $number;
?>

Yuxarıdakı PHP kodun icrası nəticəsində ekrana 5 rəqəmi çıxarılacaq.

Dəyişənin qiymətini istənilən sayda dəyişmək olar. Belə təsəvvür edək ki, $message dəyişəni qutudur və onun daxilində "Hello!" qiyməti yerləşir.

Dəyişənin qiymətini istənilən sayda dəyişmək olar

Qutuya istənilən qiyməti əlavə etmək və sonra onu dəyişmək olar. Qiyməti dəyişdikdə dəyişənin əvvəlki qiyməti silinir.

Qiyməti dəyişdikdə dəyişənin əvvəlki qiyməti silinir

<?php
$message = "Hello!";
$message = "World!"; // dəyişənin qiymətini dəyişdik
echo $message;
?>

Bir dəyişənin qiymətini digərinə köçürmək olar:

<?php
$hello = "Hello, World!";
$message = $hello; // hello dəyişənin qiymətini message dəyişəninə köçürdük
echo $hello;
echo "<br />"; // növbəti sətrə keçid
echo $message;
?>

Bir dəyişənin qiymətini digərinə köçürmək olar

Dəyişənin mövcudluğunun yoxlanılması

isset() dil konstruksiyası dəyişənin mövcudluğunu yoxlamağa imkan verir. Əgər dəyişən mövcuddursa, sözügedən konstruksiya TRUE, əks halda, yəni mövcud deyilsə və ya dəyişənə NULL qiyməti mənimsədilibsə, FALSE geri qaytaracaq.

<?php
if (isset($name)) {
  echo "Belə dəyişən mövcuddur.";
}
?>

Əgər dəyişən mövcuddursa, isset() dil konstruksiyası TRUE qaytaracaq və "Belə dəyişən mövcuddur" sətri ekrana çıxarılacaq.

Dəyişənin silinməsi

Dəyişəni silmək üçün unset() dil konstruksiyasından istifadə edilir. Bundan sonra dəyişən interpretatorun daxili cədvəllərindən silinir.

<?php
$str = "Mən ekranda görsənməyəcəm, çünki növbəti sətirdə məni siləcəklər";
unset($str); // unset vasitəsilə $str dəyişənini silirik
echo $str;
?>

Tapşırıq:

Məsələ 1

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: