Codecourse

Stillərin üstünlüyü

Stillər veb səhifənin verstkasında, mətn, link, şəkil və başqa elementlərin təribatında əlverişli, praktiki və səmərəli texnologiya sayılır. CSS-in bütün üstünlüklərinə baxaq:

Müxtəlif qurğular üçün fərqli tərtibat

Stillər vasitəsilə veb səhifənin görünüşünü müxtəlif çıxış qurğuları (monitor, printer, smartfon və s.) üçün fərqli şəkildə tərtib etmək olar. Məsələn, stillər vasitəsilə veb səhifəni monitorda əks etdirmək üçün bir formada, çap üçün isə başqa formada tərtib etmək olar.

HTML ilə müqayisədə stillərin tərtib üsulları daha genişdir

HTML-dən fərqli olaraq stillər veb səhifədəki elementlərin tərtibi üçün daha geniş imkana malikdir. Sadə üsullarla elementin arxa fon rəngini dəyişmək, çərçivə əlavə etmək, şrifti və ölçülərini təyin etmək olar və başqa imkanlar əlçatandır.

Çoxlu sayda veb səhifələr üçün vahid stil tərtibatı

Sayt - bu, təkcə bir-birilə əlaqəli səhifələr yığını deyil, həmçinin əsas blok və onların tərtibatının eyni yerləşməsidir. Başlıq, əsas mətn və digər elementlərin eyni tərtibatı istifadəçinin sayt ilə işləməsini asanlaşdırır. Tərtibatçı üçün stillərdən istifadə dizaynın layihələşdirilməsini xeyli asanlaşdırır.

Saytın yüklənməsinin sürətləndirilməsi

Stil ayrıca faylda saxlanılan zaman veb səhifəyə ilk dəfə daxil olduqda stil faylı keş yaddaşda saxlanılır və təkrar sorğu zamanı brauzerin keş yaddaşından çağrılır. Stil faylı keş yaddaşdan çağrıldığına, həm də ayrı faylda saxlanıldığına görə veb səhifənin tutumu azalır və veb səhifənin yüklənməsi daha da sürətlənir.

Mərkəzləşdirilmiş saxlama

Stillər, bir qayda olaraq, bir və ya bir neçə ayrı faylda saxlanılır. Saytın bütün veb səhifələrində isə həmin stil fayl və ya fayllarına istinad verilir. Nəticədə stil fayl və ya fayllarında edilmiş bir dəyişiklik bütün səhifələrin tərtibatında dəyişikliyə səbəb olur. Onlarla HTML faylını dəyişmək əvəzinə stil faylını redaktə etmək kifayətdir və lazımi səhifələrin tərtibatı dərhal dəyişəcək.

Növbəti dərsi seçib keçid düyməsinə sıxın: