Codecourse

Codecourse.info saytına xoş gəlmisiniz.



Mən necə sayt yarada bilərəm? Bu sual bir çox insanları düşündürür. Məlumdur ki, milli internet məkanında sayt yaratmağın əsaslarını öyrədən resurslar azdır. Codecourse.info saytının yaradılmasında əsas məqsəd bu boşluğu doldurmaqdır.

HTML

Hypertext Markup Language (HTML) - bu, demək olar ki bütün veb məzmunun əsas dilidir. Brauzerinizdə gördüyünüzün çox hissəsi HTML-dən istifadə nəticəsində yaradılıb. Daha dəqiq desək HTML veb səhifənin strukturunu və məzmununu təsvir edən bir dildir.

CSS

Cascading Style Sheets (CSS) - bu, HTML və ya XML-də (SVG və XHTML kimi müxtəlif XML dilləri də daxil olmaqla) yazılmış sənədin görünüşünün təsviri üçün istifadə olunan iyerarxik qaydalar (stil cədvəlləri) dilidir. CSS elementin ekranda, kağızda necə göstəriləcəyini təsvir edir.

JavaScript

JavaScript - istifadəçinin sayt və proqramlarla qarşılıqlı əlaqəsini həyata keçirmək üçün geniş istifadə olunan bir proqramlaşdırma dilidir. >>>

PHP

PHP - geniş yayılmış server proqramlaşdırma dilidir. Xüsusi olaraq veb hazırlamalar üçün yaradılıb və kodu birbaşa HTML-ə əlavə edilə bilər. Wikipedia, Facebook, Vkontakte kimi nəhənglər bu proqramlaşdırma dilindən istifadə edirlər. >>>

Yuxarıda sadalanan veb proqramlaşdırma dillərini öyrənməklə müxtəlif çətinlikli saytlar yaratmaq olar.

Hər birinizə uğurlar arzu edirəm.