Codecourse

Veb necə işləyir?

Redaktə edilib:

Bu məqalə kompüter və ya telefona quraşdırılmış brauzerdə veb səhifələrə baxarkən nə baş verdiyinə dair sadə təsəvvür yaradacaq.

Kliyent və serverlər

İnternetə qoşulmuş kompüterlər kliyent və serverlər adlanır. Onlar arasındakı qarşılıqlı əlaqənin sadə sxemi aşağıdakı kimi təsvir oluna bilər:

Client-server

Alətlər panelinin digər hissələri

Yuxarıda haqqında danışdığımız kliyent və server bütün məqamlara aydınlıq gətirmir. Bir çox başqa komponentlər də mövcuddur və onlara bir-bir nəzər salaq.

Gəlin təsəvvür edək ki, Veb - bu, bir yoldur. Yolun bir tərəfində evi təmsil edən kliyent durur. Yolun digər tərəfində isə mağazanı təmsil edən server yerləşir. Siz mağazadan nəsə almaq istəyirsiniz.

yol

Kliyent və serverdən başqa, biz aşağıdakılara da diqqət etməliyik:

Bəs əslində nə baş verir?

Brauzerdə veb ünvan daxil etdikdə (bu, bizim nümunəmizdə mağazaya getməyə bənzəyir):

1. Brauzer DNS serverə müraciət edir və saytın yerləşdiyi serverin həqiqi ünvanını axtarıb tapır (Mağazanın ünvanını tapırsınız).

2. Brauzer serverə HTTP sorğu göndərir və ondan saytın surətini kliyentə göndərməyi istəyir (mağazaya gedərək məhsul sifarişi edirsiniz). Bu məlumat, həmçinin müştəri ilə server arasında ötürülən bütün digər məlumatlar TCP/IP protokolu vasitəsilə internet üzərindən ötürülür.

3. Server kliyentin sorğusunu qəbul etdikdə ona "200 OK" statusu göndərir, yəni ki "Əlbəttə, bu sayta baxa bilərsiniz!" və sonra saytın məlumatlarını brauzerə paket məlumatları adlandırılan kiçik hissələr şəklində göndərməyə başlayır (mağaza aldığınız malı sizə verir və onu evə aparırsınız).

4. Brauzer kiçik hissələri bütöv sayt şəklində toplayaraq onu sizə göstərir (məhsullar qapınızdadır - yeni mallar, əla!).

DNS

Real veb ünvanlar yadda saxlanılması çətin olan xüsusi nömrələrdən ibarətdir, məsələn: 63.245.215.20.

Bu, xüsusi nömrələrdən ibarət sətir IP ünvan adlanır və internetdə unikal məkanı təmsil edir. Ancaq onu yadda saxlamaq asan deyil, elə deyilmi? Məhz buna görə DNS (Domain Name Servers - Domen Adları Sistemi) yaradılıb. Bu, brauzerdə daxil etdiyiniz veb ünvanı (məsələn, "mozilla.org") saytın real IP ünvanı ilə əlaqələndirən xüsusi serverlərdir.

Saytlar onların IP ünvanı ilə də müraciət etmək mümkündür. Məsələn, IP Checker kimi alətə veb saytın domenini daxil edərək onun IP ünvanını tapa bilərsiniz.

Paketlər

Biz serverdən kliyentə ötürülən məlumatların formatını təsvir etmək üçün "paket" terminindən istifadə etmişdik. "Paket" dedikdə biz nəyi nəzərdə tuturuq? Məlumatlar internet üzərindən ötürüldükdə çoxsaylı müxtəlif şəbəkə istifadəçisinin eyni saytı eyni anda yükləyə bilməsi üçün minlərlə kiçik hissə şəklində göndərilir. Əgər saytlar tək böyük hissə şəklində göndərilmiş olsaydı, yalnız bir istifadəçi onu bir anda yükləyə bilərdi və bu, internetdən istifadəni səmərəsiz edərdi.

Şərhlər: