Codecourse

JavaScript-ə giriş

Redaktə edilib:

Gəlin JavaScript-in niyə belə xüsusi olduğuna, onunla nələr edə biləcəyimizə və onun hansı texnologiyalarla daha yaxşı işləməsinə nəzər yetirək.

JavaScript nədir?

JavaScript ilkin olaraq "veb səhifələri canlandırmaq" üçün yaradılmışdır.

Bu dildə yazılmış proqramlar skriptlər adlandırılır. Bu skriptlər birbaşa veb səhifənin HTML kodunun daxilində yazıla və səhifənin yüklənməsi vaxtı avtomatik icra oluna bilər.

Skriptlər sadə mətn kimi yayılır və icra edilir. Onları işə salmaq üçün xüsusi hazırlığa və kompilyasiyaya ehtiyac yoxdur.

Bu baxımdan JavaScript Java adlandırılan, lakin çox vaxt onunla qarışıq salınan dildən olduqca fərqlidir.

Bəs nə üçün JavaScript?

JavaScript yaradılan vaxtlarda, ilkin olaraq "LiveScript" adlandırılmışdır. Lakin o dövrdə Java-nın populyarlığı səbəbindən onu Java-nın "kiçik qardaşı" kimi qələmə vermək qərara alınmışdı.

Sonralar JavaScript öz spesifikasiyaları olan (ECMAScript tamamilə müstəqil bir dilə çevrildi və hazırda Java ilə heç bir əlaqəsi yoxdur.

Günümüzdə JavaScript yalnız brauzer mühitində deyil, serverdə və JavaScript mühərriki olan istənilən qurğuda icra oluna bilər.

Brauzerin daxilində bəzən "JavaScript virtual maşını" adlandırılan mühərrik mövcuddur.

Müxtəlif mühərriklər müxtəlif kod adlarına malikdirlər. Məsələn:

Yuxarıdakı terminləri yadda saxlamağınız tövsiyyə olunur çünki bu terminlər tərtibatçılar üçün məqalələrdə tez-tez istifadə olunur. Məsələn, kimsə sizə "filan xüsusiyyət V8-də dəstəklənir" deyəndə, o dəqiqə biləcəksiniz ki, Chrome və Opera bu xüsusiyyəti dəstəkləyir.

JavaScript brauzer mühitində nələrə qadirdir?

Müasir JavaScript olduqca təhlükəsiz proqramlaşdırma dilidir. O, ilkin olaraq sadəcə brauzer mühitində işləmək üçün yaradıldığı üçün yaddaşa və ya prosessora birbaşa müdaxilə imkanı vermir.

JavaScriptin imkanları onun icra olunduğu mühitdən çox asılıdır. JavaScript-in imkanları onun icra olunduğu mühitdən asılı olaraq dəyişir. Məsələn, Node.js faylları oxuyub/yazma funskiyalarını dəstəkləyir, şəbəkə sorğularını icra və s. edə bilir.

Javascript brauzerdə aşağıdakıları edə bilir:

344 baxış

Şərhlər: