Codecourse

Dərslik və standartlar

Redaktə edilib:

Bu kitab sizin dil ilə tanışlığınız və onu tədricən öyrənməyiniz üçün nəzərdə tutulmuş bir dərslikdir. Lakin dilin əsaslarını tam öyrəndikdən sonra artıq başqa mənbələrə də ehtiyac duyacaqsınız. Gəlin belə mənbələrlə tanış olaq.

Spesifikasiya

Ecma-262 spesifikasiyası JavaScript haqda ən müfəssəl məlumatlardan ibarət bir mənbədir. Başqa sözlə desək, dili təyin edir.

Spesifikasiyanın olduqca çox formal ifadə tərzi ilk vaxtlar onu anlamağı çətinləşdirir. Əgər JavaScript haqda ən etibarlı mənbə axtarırsınızsa, bu Ecma-262-dir, lakin günlük istifadə üçün uyğun deyil.

Hər il spesifikasiyanın yeni versiyası yayımlanır. Ən son versiya ilə burada tanış ola bilərsiniz.

Əgər bu dildən brauzerdə istifadə edirsinizsə, bunun üçün başqa standartlar mövcuddur. Bu barədə dərsliyin ikinci hissəsində məlumat veriləcək.

Dərsliklər

MDN (Mozilla) JavaScript Reference - bu, nümunə və digər məlumatlarla tanış ola biləcəyiniz başqa bir mənbədir. Spesifik funksiya, obyektlər, metodlar və sairə haqda ətraflı məlumat əldə etmək üçün çox yaxşı bir mənbədir.

Bu ünvanda yerləşir: https://developer.mozilla.org/ru/docs/Web/JavaScript/Reference

Brauzer dəstəyi və uyğunluq cədvəlləri

JavaScript inkişafda olan bir dildir, müntəzəm olaraq yeni xüsusiyyətlər əlavə olunur.

Bu cür xüsusiyyətlərin müxtəlif brauzer və mühərriklər tərəfindən nə dərəcədə dəstəkləndiyini öyrənmək üçün aşağıdakı resurslardan istifadə edin:

232 baxış

Şərhlər: