Codecourse

Başlıq nədir? HTML-də metaverilənlər

Redaktə edilib:

HTML sənədinin head elementi veb səhifədə görünmür. Aşağıdakı məlumatlardan ibarətdir:

<head> nədir?

Aşağıdakı HTML sənədinə nəzər salaq:

<!DOCTYPE html>
<html>
  <head>
    <meta charset="utf-8">
    <title>Bu, mənim səhifəmdir</title>
  </head>
  <body>
    <p>Bu, mənim səhifəmdir</p>
  </body>
</html>

<head> blokunun kontenti <body> blokunun kontentindən fərqli olaraq, səhifədə görsənmir. <head> blokunun vəzifəsi HTML sənədinin metaverilənlərini saxlamaqdır. Yuxarıdakı nümunədə <head> blokunun kontenti azdır:

<head>
  <meta charset="utf-8">
  <title>Bu, mənim səhifəmdir</title>
</head>

Lakin konteni böyük olan səhifələrdə <head> blokunun tutumu çox ola bilər. Məsələn, sevimli saytlarınızdan birinə daxil olun və tərtibatçı alətindən istifadə edərək <head> blokunun kontentinə baxın.

Səhifənin adı (title)

<Title> elementi sənədə başlıq (səhifənin adı) əlavə etmək üçün istifadə olunur. <h1> elementini bəzən, həmçinin səhifənin başlığı adlandırırlar. Lakin bu iki element tamamilə fərqlidir!

<!DOCTYPE html>
<html>
  <head>
    <meta charset="utf-8">
    <title>title elementi</title>
  </head>
  <body>
    <h1>h1 elementi</h1>
  </body>
</html>

Nəticə:

title elementi

Metaverilənlər: <meta> elementi

Metaverilənlər məlumatları təsvir edən məlumatlardır və HTML-də sənədin metaverilənləri üçün "rəsmi" yer - <meta> elementi nəzərdə tutulub. <meta> elementinin bir çox növləri var. Bu yazıda onların hamısını deyil, ən populyar olan bir neçəsini nəzərdən keçirəcəyik.

Sənəddə mətnin kodlaşdırma standartını təyin edirik

Yuxarıdakı nümunələrdə aşağıdakı sətir var:

<meta charset="utf-8">

Bu element sənədin kodlaşdırma standartını təyin edir. utf-8 demək olar ki bəşəriyyətin bütün dilləri üzrə simvolları əhatə edən universal bir simvol dəstidir. Bu o deməkdir ki, belə kodlaşdırma standartından istifadə edən veb səhifə istənilən dillə işləyə bilər. Buna görə yaratdığınız bütün veb səhifələrdə bu kodlaşdırma standartını quraşdırmaq tövsiyə edilir! Məsələn, belə olan halda səhifəniz həm ingilis, həm də yapon simvollarını çox yaxşı göstərə bilər:

Lakin ISO-8859-1 kodlaşdırma standartından istifadə etsək, səhifənin mətni normal görünüşünü itirəcək:

Bəzi brauzerlər (məsələn, Chrome) səhv kodlaşdırma standartını avtomatik düzəldir, buna görə istifadə etdiyiniz brauzerdən asılı olaraq bu problem görməməyiniz mümkündür. Buna baxmayaraq, digər brauzerlərdə mümkün problemlərin qarşısını almaq üçün səhifəniz üçün utf-8 kodlaşdırma təyin etməlisiniz.

Səhifənin müəllifini və qısa təsvirini təyin edirik

Bir çox <meta> elementlər namedescription atributlarına malikdir:

Aşağıdakı nümunədə iki faydalı meta element səhifənin müəllifini və qısa təsvirini təyin edir:

<meta name="author" content="Emil Hüseynov">
<meta name="description" content="HTML-də metaverilənlər, meta elementi">

Təyin edilmiş müəllif adı ilə səhifəni yazan insanı axtarıb tapa və onunla əlaqə saxlamaq mümkündür.

Səhifənin məzmunu ilə bağlı açar sözlərdən ibarət qısa təsvirin təyin edilməsi faydalıdır. Bu təsvir axtarış mühərriklərinə daxil edilmiş sözlərlə uyğun gəldikdə nəzərə alınır.

<meta> elementinin bir çox növləri artıq istifadə edilmir. Məsələn, axtarış mühərrikləri səhifəni tapmaq üçün açar sözlərdən istifadə olunan <meta type="keywords" content="açar sözlər"> elementinin məlumatlarını artıq istifadə etmir, çünki spamerlər öz saytlarını axtarış sistemində ön sıralara çıxarmaq üçün çoxlu sayda açar sözlərini orada yerləşdirirdilər və bu üsulla axtarış nəticəsinə təsir edirdilər.

324 baxış

Şərhlər: