Codecourse

HTML-də mətnin redaktə edilməsinin əsasları

Dərc edilib:

HTML-nin əsas işlərindən biri mətnin strukturunu və semantikasını elə təyin etməkdir ki, brauzer onu düzgün göstərə bilsin.

Əsaslar: Başlıq və paraqraf

Bir çox strukturlaşdırılmış mətnlər (hekayə, qəzet, dərslik, jurnal və sairə oxumağınızdan asılı olmayaraq) paraqraf və başlıqlardan ibarətdir.

Strukturlaşdırılmış kontent oxumanı daha asan və əlverişli edir.

HTML-də hər bir paraqraf <p> elementinin daxilində göstərilməlidir. Məsələn:

<p>Mən paraqrafam, bəli, bu, mənəm.</p>

Hər bir başlıq isə başlıq elementinin daxilində göstərilməlidir:

<h1>Mən hekayənin başlığıyam.</h1>

6 başlıq elementi var: <h1>, <h2>, <h3>, <h4>, <h5><h6>. Hər bir element sənəddə müxtəlif kontent səviyyəsini ifadə edir; <h1> əsas başlığı, <h2> alt başlığı ifadə edir və bu ardıcıllıqla davam edir.

222 baxış

Şərhlər: