Codecourse

Lokal veb serverin quraşdırılması

Redaktə edilib:

Lokal veb server - kompüterdə veb hostinq mühiti yaradan bir proqramdır.

PHP skriptlərini öz kompüterinizdə icra etmək üçün məhz belə lokal veb serverin quraşdırılması vacibdir.

Sizə OpenServer hazır həllindən istifadə etməyi tövsiyə edirəm.

Bu məqsədlə OpenServer həllinin veb saytına daxil oluruq və proqramı yükləyirik. BASIC paketini seçib yükləməyi tövsiyə edirəm, onun imkanları başlanğıc vəziyyət üçün kifayət edir.

Quraşdırılma

Quraşdırıcını işə salırıq və proqramın quraşdırılacağı qovluğu seçirik.

OpenServer-in quraşdırılması

Tənzimləmə

Proqram təminatının quraşdırıldığı qovluğa daxil oluruq: C:\OSpanel.

Burada əməliyyat sisteminin arxitekturasından (32 və ya 64 bit) asılı olaraq iki .exe faylı və 3 qovluq var:

Əməliyyat sisteminin arxitekturasından asılı olaraq .exe fayllarından birini (məndə Open Server x64.exe-dir) işə salırıq.

Açılan pəncərədən dili seçirik və lazımi kitabxanaların quraşdırılması ilə razılaşırıq:

Lazımi kitabxanaların quraşdırılması

Kompüteri yenidən yükləyirik. Bundan sonra yenə də Open Server x64.exe-ni işə salırıq. Bildirişlər sahəsində (system tray) qırmızı rəngli bayraq işarəsi görsənir:

Həmin işarənin üzərində mausun sağ düyməsini sıxırıq və "Настройки" bölməsini seçirik. Proqramın əsas pəncərəsi açılır. "Модули" bölməsinə keçib PHP-nin versiyasını - PHP_7.0-x64 və Apache-ın versiyasını - Apache_2.4-PHP_7.0-7.1-x64 seçirik.

Nəhayət, "Сохранить" düyməsinə sıxırıq və tənzimləmələr pəncərəsini bağlayırıq.

137 baxış

Şərhlər: