Dəyişənlər
Redaktə edilib:Dəyişən – informasiyanı əlavə edə biləcəyimiz konteynerdir və hər bir dəyişən unikal ada malik olmalıdır. Proqram öz icrası zamanı dəyişənlərdə saxlanılmış məlumatları idarə edir. Bu, verilənlər bazasından çağrılmış informasiya, yaxud istifadəçi tərəfindən HTML formaya daxil edilmiş məlumatlar ola bilər.
Dəyişənlərin adı ilə bağlı qaydalar
- Dəyişənlərin adı $ (dollar) simvolu ilə başlamalı və ən azı bir simvoldan ibarət olmalıdır.
- $ (dollar) simvolundan sonra ya hərf, ya da aşağıdan xətt (_) simvolu olmalıdır. Sonrakı simvollar hərf, rəqəm və aşağıdan xətt simvolu ola bilər.
- Dəyişənlərin adında boşluq və xüsusi simvollardan istifadə etmək olmaz.
- Dəyişənlərin adı registrdən asılıdr, yəni dəyişənlərin adlandırılmasında böyük və kiçik hərflərin fərqi var. Məsələn, $user və $User – iki müxtəlif dəyişənlərdir.
Bundan başqa, tövsiyə xarakterli qaydalar mövcuddur:
- Dəyişənlərin adı "danışan" olmalıdır. Məsələn, $username dəyişəninin ifadə etdiyi məna $myvariable ilə müqayisədə daha aydın başa düşüləndir.
- Dəyişənlərin adlandırılmasında kiçik hərflərdən istifadə edin.
- Uzun ada malik dəyişənlərdə ayırıcı kimi aşağıdan xətt simvolundan istifadə edin. Məsələn, $last_name
Düzgün dəyişən adları:
$name, $first_name, $name3, $size
Yanlış dəyişən adları:
$3name, $name?, $first-name
Dəyişənlər üzərində həyata keçirilən əməliyyatlar
Mənimsətmə operatoru
Dəyişənə qiymət vermək üçün mənimsətmə operatorundan istifadə edilir. Mənimsətmə operatoru = işarəsi kimi göstərilir. İlk baxışdan elə təsəvvür yarana bilər ki, bu, bərabərlik simvoludur, qətiyyən belə deyil. Sözügedən operator onu bildirir ki, soldakı operand sağdakı ifadənin qiymətini alır.
<?php
$number = 5;
?>
Yuxarıdakı kod onu bildirir ki, soldakı operanda - $number dəyişəninə 5 qiyməti mənimsədilir. İndi isə $number dəyişəninin qiymətini ekrana çıxardaq. Bunun üçün echo dil konstruksiyasından istifadə edəcəyik.
<?php
$number = 5;
echo $number;
?>
Nəticə:
5
Dəyişənin qiymətini istənilən sayda dəyişmək olar. Belə təsəvvür edək ki, $message dəyişəni qutudur və onun daxilində "Hello!" qiyməti yerləşir.
Qutuya istənilən qiyməti əlavə etmək və sonra onu dəyişmək olar. Qiyməti dəyişdikdə dəyişənin əvvəlki qiyməti silinir.
<?php
$message = 'Hello!';
$message = 'World!'; // dəyişənin qiymətini dəyişdik
echo $message;
?>
Nəticə:
World!
Bir dəyişənin qiymətini digərinə köçürmək mümkündür:
<?php
$hello = 'Hello, World!';
$message = $hello; // hello dəyişənin qiymətini message dəyişəninə köçürdük
echo $hello;
echo '<br>'; // növbəti sətrə keçid
echo $message;
?>
Nəticə:

Dəyişənin mövcudluğunun yoxlanılması
isset() dil konstruksiyası dəyişənin mövcudluğunu yoxlamağa imkan verir. Əgər dəyişən mövcuddursa, sözügedən konstruksiya TRUE, əks halda, yəni mövcud deyilsə və ya dəyişənə NULL qiyməti mənimsədilibsə, FALSE geri qaytaracaq.
<?php
if(isset($name))
{
echo 'Belə dəyişən mövcuddur.';
}
?>
Əgər dəyişən mövcuddursa, isset() dil konstruksiyası TRUE qaytaracaq və "Belə dəyişən mövcuddur" sətri ekrana çıxarılacaq. İndiki halda name dəyişəni təyin edilmədiyindən ekrana heç nə çıxarılmayacaq.
Dəyişənin silinməsi
Dəyişəni silmək üçün unset() dil konstruksiyasından istifadə edilir. Bundan sonra dəyişən interpretatorun daxili cədvəllərindən silinir.
<?php
$str = 'Mən ekranda görsənəcəm';
echo $str;
$str = 'Mən ekranda görsənməyəcəm, çünki növbəti sətirdə məni siləcəklər';
unset($str); // unset vasitəsilə $str dəyişənini silirik
echo $str;
?>
Mən ekranda görsənəcəm
Sazlama (Debug) funksiyaları
PHP proqramlaşdırma dilində istənilən dəyişən haqqında informasiyanı brauzerdə göstərən 3 funksiya mövcuddur.
print_r() dəyişən haqqında informasiyanı brauzerdə asan oxunan şəkildə göstərir.
<?php
$capitals['Azerbaijan'] = 'Baku';
$capitals['Georgia'] = 'Tbilisi';
$capitals['Russia'] = 'Moscow';
$capitals['Ukraine'] = 'Kiev';
print_r($capitals);
?>
Nəticə:
Array
(
[Azerbaijan] => Baku
[Georgia] => Tbilisi
[Russia] => Moscow
[Ukraine] => Kiev
)
var_dump() funksiyası yalnız dəyişən və massivlərin qiymətini deyil, həm də onların tipi haqqında informasiyanı brauzerdə göstərir.
<?php
$capitals['Azerbaijan'] = 'Baku';
$capitals['Georgia'] = 'Tbilisi';
$capitals['Russia'] = 'Moscow';
$capitals['Ukraine'] = 'Kiev';
var_dump($capitals);
?>
Nəticə:
array(4) {
["Azerbaijan"]=>
string(4) "Baku"
["Georgia"]=>
string(7) "Tbilisi"
["Russia"]=>
string(6) "Moscow"
["Ukraine"]=>
string(4) "Kiev"
}
Çalışmalar:
№ 11. İki dəyişən yaradın: admin və name.
2. name dəyişəninə öz adınızı mənimsədin.
3. name dəyişəninin qiymətini admin dəyişəninə köçürün.
4. Admin dəyişəninin qiymətini ekrana çıxardın.