Codecourse

Sabitlər

Redaktə edilib:

Bəzən skriptin icrazı zamanı bəzi kəmiyyətlərin qiyməti dəyişmir. Bu, verilənlər bazasına qoşulmaq üçün parametrlər, faylın yolu və sairə ola bilər. Məhz bu məqsədlə PHP proqramlaşdırma dilində sabitlər (konstant) konstruksiyası mövcuddur.

Öz sabitinizi elan etmək üçün define() funksiyasından istifadə etmək lazımdır. Qiyməti 'usr/local/www' olan ROOT sabiti yaradaq:

<?php
  define('ROOT', 'usr/local/www');
?>

Sabitin qiymətini ekranda göstərmək üçün onun adına (dəyişənlərdən fərqli olaraq, sabitin adının qarşısında $ (dollar) simvolu yazmaq lazım deyil) müraciət etmək lazımdır:

<?php
  define('ROOT', 'usr/local/www');
  echo ROOT;
?>

Nəticə:

usr/local/www

Yaradılmış sabit ləğv edilə və ya yenidən elan edilə bilməz.

<?php
  define('ROOT', 'usr/local/www');
  define('ROOT', 'D:/scripts');
  
  echo ROOT;
?>

Nəticə:

Notice: Constant ROOT already defined in D:\OSPanel\domains\mysite.local\test.php on line 3
usr/local/www

Əvvəlcədən təyin edilmiş sabitlər

Proqramçı tərəfindən təyin edilmiş sabitlərdən başqa əvvəlcədən təyin edilmiş sabitlər də mövcuddur.

Sehrli sabitlər Təsvir
__LINE__ Faylda cari sətrin nömrəsi.
__FILE__ Cari faylın adı və faylın tam yolu.
__FUNCTION__ Cari funksiyanın adı.
__CLASS__ Cari sinfin adı.
__METHOD__ Sinfin metodunun adı.
__DIR__ Skriptin yerləşdiyi cari kataloq.
PHP_EOL Cari əməliyyat sistemində istifadə edilən sətrin sonu simvolu.

Sabitin mövcudluğunun yoxlanılması

Sabitin mövcud olmasını yoxlamaq üçün defined() funksiyasından istifadə etmək lazımdır. Sintaksisi aşağıdakı kimidir:

defined(string $name):bool

name parametrində göstərilmiş sabit təyin edilibsə, TRUE, əks halda FALSE geri qaytarır.

<?php
  define('ROOT', 'usr/local/www');
  
  if(defined('ROOT')) 
  {
    echo ROOT;
  }
?>

Nəticə:

usr/local/www
171 baxış

Şərhlər: